AZ

Moskvada Azərbaycan musiqisinin gənc ifaçılarının iştirakı ilə konsert təşkil ediləcək

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Moskva, 20 may, AZƏRTAC

Mayın 24-də Moskvada Azərbaycan musiqisinin gənc ifaçılarının iştirakı ilə ölkəmizin Müstəqillik Gününə həsr olunmuş bayram konserti keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbir Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) nəzdindəki “Şuşa” Azərbaycan Musiqi Mərkəzi tərəfindən təşkil olunur.

Gecənin proqramında gənc sənətçilərin ifasında Azərbaycan musiqi sənətindən əsərlər səsləndiriləcək. Təşkilatçılar qeyd edirlər ki, tədbirin məqsədi Azərbaycanın milli musiqi irsini təbliğ etmək və mədəni əlaqələri gücləndirməkdir.

Konsertdə iştirak etmək üçün RAGB-nin veb-saytında əvvəlcədən qeydiyyatdan keçmək lazımdır.

Konsert 1-ci Tverskaya-Yamskaya küçəsi, 22 ünvanında keçiriləcək və saat 16:00-da başlayacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
3
azertag.az

4Mənbələr