AZ

"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər

style='margin-bottom:10px;'>

“Arsenal” baş məşqçi Mikel Arteta ilə yeni uzunmüddətli müqavilə imzalamağa hazırlaşır.

QOL.az xəbər verir ki, “The Guardian” nəşrinin məlumatına görə, klub ispaniyalı mütəxəssisin maaşını ciddi şəkildə artırmağı planlaşdırır. Yeni şərtlərlə Artetanın illik gəlirinin təxminən 30 milyon avroya yaxınlaşacağı və dünyanın ən yüksək maaş alan məşqçiləri sırasında yer alacağı bildirilir.

Qeyd edək ki, mütəxəssisin hazırkı müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

Seçilən
44
1
teleqraf.com

2Mənbələr