
Türkiyə televiziya tarixinin ən uzunmüddətli istehsallarından biri olan “Arka Sokaklar” final edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Birsen Altuntaş məlumat yayıb.
Bildirilib ki, “D Media” tərəfindən istehsal olunan serialın 21-ci mövsümünün hazırlıqları dayandırılıb.
Pərdəarxası məlumatlara görə, serialın bitməsi qərarının bu gün aktyor heyətinə çatdırıldığı iddia edilir.
Əvvəllər yeni mövsüm üçün hazırlıqların getdiyi və aktyorlarla razılaşmaların əldə edildiyi bildirilirdi.