AZ

Azərbaycan AYİB ilə Cənub Qaz Dəhlizinin inkişafını müzakirə edib

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Cənub Qaz Dəhlizinin inkişafı üzrə müzakirələr aparılıb.

Qaziler.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşdə enerji gündəliyimiz çərçivəsində əməkdaşlığın genişləndirilməsi, yeni bərpa olunan enerji güclərinin şəbəkəyə inteqrasiyası, regional elektrik enerjisi bağlantıları və Cənub Qaz Dəhlizinin inkişafı ilə bağlı məsələləri müzakirə etdik", - paylaşımda qeyd edilib.

Seçilən
1
1
qaziler.az

2Mənbələr