AZ

Tramp Netanyahuya ABŞ və İran arasında niyyət protokolu hazırlandığını deyib

Sənədin müharibənin rəsmən dayandırılması və 30 günlük danışıqlar prosesinin başlanmasını nəzərdə tutduğu bildirilir...

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya vasitəçilərin ABŞ və İran arasında niyyət protokolu üzərində çalışdıqlarını bildirib.

Poliqon xəbər verir ki, bu barədə Axios nəşri amerikalı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, sənədin ABŞ və İran tərəfindən imzalanması nəzərdə tutulur. Məktubun əsas məqsədi müharibənin rəsmən dayandırılması və tərəflər arasında 30 günlük danışıqlar mərhələsinin başlanmasıdır.

Bildirilir ki, danışıqlar çərçivəsində İranın nüvə proqramı, həmçinin Hörmüz boğazının açılması kimi əsas məsələlərin müzakirəsi planlaşdırılır.

Axios-un məlumatına əsasən, Vaşinqton bölgədə gərginliyin azaldılması və enerji daşımalarının təhlükəsizliyinin təmin olunması üçün diplomatik mexanizmlərin işə salınmasına çalışır.

Hörmüz boğazı dünya enerji bazarları üçün strateji əhəmiyyət daşıyır və burada mümkün blokada qlobal neft tədarükünə ciddi təsir göstərə bilər.

Poliqon.info

Seçilən
53
poliqon.info

1Mənbələr