AZ

"Aston Villa" Avropa Liqasının qalibi oldu! (YENİLƏNİB)

UEFA Avropa Liqasında 2025-2026 mövsümünün qalibi məlum olub. SİA xəbər verir ki, həlledici görüşdə “Frayburq” (Almaniya) və “Aston Villa” (İngiltərə) komandaları üz-üzə gəlib.

İstanbuldakı "Beşiktaş Park" stadionunda keçirilən oyun "Aston Villa"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu, "Aston Villa"nın Avropa Liqasında ilk tituludur. İngiltərə klubu 1981/82 mövsümündə Avropa kubokunu (indiki Çempionlar Liqası) və UEFA Superkubokunu qazanıb. Beləliklə, Birmingem təmsilçisi 44 ildən sonra yenidən avrokuboklarda titul əldə edib. "Aston Villa"nın baş məşqçisi Unay Emeri isə 5-ci dəfə Avropa Liqasının qalibi olub.

Seçilən
16
2
sia.az

10Mənbələr