AZ

Bakıda yaşıl və mavi infrastrukturun artırılması havanın keyfiyyətinin yaxşılaşdırılması tədbirlərindəndir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 21 may, AZƏRTAC

Azərbaycanın diqqətdə saxladığı əsas məsələlərdən biri havanın keyfiyyətini yaxşılaşdırmaqdır. Biz hesab edirik ki, bu, insanların həyat keyfiyyətinin artırılması üçün çox vacib mövzudur.

Bunu AZƏRTAC-a açıqlamasında “Clean Air Fund”un nümayəndəsi, “Breathe Cities” təşəbbüsünün icraçı direktoru Sesiliya Vaka Cons deyib.

“Biz bilirik ki, havanın keyfiyyəti insanların sağlamlığına ciddi təsir göstərir. Şəhər infrastrukturunun yaxşılaşdırılması istiqamətində atılan bütün addımlar, məsələn, Bakıdakı kimi şəhərdə yaşıl və mavi infrastrukturun artırılması, elektrik nəqliyyat vasitələrinin tətbiqi, həmçinin ümumilikdə şəhərin urbanistik planlaşdırılması və dizaynı şəhərlərin havanın keyfiyyətini yaxşılaşdırmaq üçün həyata keçirə biləcəyi tədbirlərdəndir”, - deyə S.V.Cons bildirib.

Müxbirlər - Göyçək Mahmudlu, Elgün Niftəli

Fotoqraf - Azər İbrahimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
azertag.az

1Mənbələr