AZ

Sahibə Qafarova Rusiyaya gedib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycanın parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) Şura iclası və 60-cı plenar iclasında iştirak etmək məqsədilə Rusiyaya işgüzar səfər edib.

 

Senzor.az bildirir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Qeyd olunub ki, Sankt-Peterburq şəhərinin "Pulkovo 3" hava limanında spiker Sahibə Qafarovanı Sankt-Peterburq şəhərinin Xarici əlaqələr komitəsinin sədr müavini, Xarici İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Nizami Mamişev, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin MDB PA-dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə və digər rəsmi şəxslər qarşılayıblar.

 

Seçilən
36
28
senzor.az

10Mənbələr