AZ

Türkiyədə məşhurlara qarşı əməliyyat: 25 nəfər saxlanıldı

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində yeni əməliyyat dalğası həyata keçirilib.

News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni Mabel Matiz və aktrisa Serenay Sarıkaya da daxil olmaqla 25 nəfər saxlanılıb.

Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən başladılan araşdırma çərçivəsində aparılan əməliyyat zamanı bir sıra tanınmış şəxslər barəsində həbs qərarı verilib.

İstintaq materiallarında daxil olan məlumatlar, araşdırılan rəqəmsal materiallar və əldə edilən digər sübutlar əsasında ictimaiyyətdə tanınmış şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etməsi ilə bağlı əsaslı şübhələrin yarandığı bildirilib. Bunun ardından əməliyyat keçirilməsi barədə göstəriş verilib.

Bu çərçivədə İstanbul İl Jandarma Komutanlığı əməkdaşları tərəfindən 21 may 2026-cı il saat 07:00-dan etibarən İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonlarında yerləşən 24 ünvanda, həmçinin Muğlada 1 ünvanda olmaqla ümumilikdə 25 ünvanda əməliyyat keçirilib. Əməliyyat zamanı 25 şübhəli barəsində axtarış və saxlanılma tədbirləri həyata keçirilib.

Saxlanılan şəxslərin siyahısında aşağıdakı adlar yer alır:

Serenay Sarıkaya

Berkay Şahin

Tan Taşçı

Yağmur Ünal

Mirgün Cabas

Mabel Matiz

Feyza Civelek

Niran Ünsal

Onur Tuna

Araşdırmanın davam etdiyi bildirilir.

Seçilən
27
news365.az

1Mənbələr