Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun açıqlamalarına cavab verib.
Musavat.com xəbər verir ki, erməni nazir İrəvanın Moskva ilə tərəfdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.
“Biz Ermənistan-Rusiya münasibətlərində gərginlik yaratmağa meylli deyilik, əksinə, tərəfdaşlığımızın normal şəkildə davam etməsinin tərəfdarıyıq. Elə dövrlər və hadisələr olub ki, tərəfdaşlarımızdan fərqli addımlar, ən azı müqavilələrdə nəzərdə tutulan addımları gözləmişik, lakin onları görməmişik. Hər şey çox nisbidir”, - deyə Mirzoyan bildirib.
Xatırladaq ki, ötən gün Sergey Şoyqu Ermənistan hakimiyyətinin iş üslubuna toxunaraq bunun Rusiya ilə müttəfiqlik münasibətlərinin ruhuna uyğun gəlmədiyini söyləyib.
Musavat.com