AZ

Rusiyanın Cənubi Qafqazdakı diktəedici mövqeyi zəifləyib

“Rusiyanın Ukraynaya qarşı müharibəsi Moskvanın Cənubi Qafqazdakı təsirini zəiflədir və regionda geosiyasi dəyişiklikləri sürətləndirir”. 

“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter “Independence Avenue Media”-ya müsahibəsində belə deyib.

“Moskvanın Cənubi Qafqazdakı təsiri açıq şəkildə əhəmiyyətli dərəcədə zəifləyib”, - deyə Karpenter bildirib.

O, Ermənistanın ABŞ və Avropa İttifaqı ilə sürətlə genişlənən əlaqələrini, həmçinin Azərbaycanın getdikcə Rusiyadan uzaqlaşaraq öz suverenliyini və müstəqilliyini bərqərar edən mövqeyə malik olduğunu qeyd edib.

Ermənistan bu yaxınlarda Avropa Siyasi Birliyinin Zirvə toplantısına ev sahibliyi edib, Vaşinqton və Brüssel ilə əlaqələrini genişləndirib.

Maykl Karpenterin sözlərinə görə, bu inkişafları hətta iki il əvvəl təsəvvür etmək mümkün deyildi.

Azərbaycan isə özünü Mərkəzi Asiyanı Avropa bazarları ilə getdikcə daha çox birləşdirən infrastruktur və kommunikasiya layihələrinin mərkəzi aktoruna çevrilir. 

Eyni zamanda, amerikalı rəsmi qeyd edib ki, Gürcüstan əks istiqamətdə hərəkət edir, demokratik geriləmə ilə bağlı narahatlıqlar getdikcə ölkənin geosiyasi istiqaməti ilə bağlı məsələlərlə kəsişir.

Karpenterin iddiasına görə, Gürcüstan beş və ya on il əvvəlki demokratik normalardan nə qədər uzaqlaşıbsa, geosiyasi baxımdan Çin, İran və Rusiyaya bir o qədər meyil edib.

Onun sözlərinə görə, bu inkişaf Qərbin regionda uzunmüddətli strateji investisiyalar haqqında hesablamalarını da formalaşdırır.

“Gürcüstan nə qədər demokratik baxımdan geriləsə və Avropa normalarını yerinə yetirməsə, Qərb investisiyaları üçün namizəd kimi bir o qədər az cəlbedici olacaq”, - deyərək Maykl Karpenter əlavə edib.

O, həmçinin Prezident Donald Trampın oğlu Erik Trampın elan etdirdiyi yeni “Trump Tower” layihəsini xatırladaraq, Gürcüstanın istiqaməti ilə bağlı Vaşinqtonun mövqeyinə dair narahatlığını ifadə edib.

“Vəziyyət təhlükəli istiqamətdə inkişaf edir və mən qorxuram ki, Tbilisidə “Trump Tower” kimi kommersiya layihəsini başa çatdırmaq istəyi, məsələn, Dövlət katibi Rubionu ABŞ-nin milli maraqlarını izləməkdən yayındıracaq”, -deyə o, bəyan edib.

Seçilən
30
cebheinfo.az

1Mənbələr