
“İrəvan Ermənistan-Rusiya münasibətlərini gərginləşdirməyə meylli deyil”.
Missiya.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O bildirib ki, tərəfdaşlarımızdan fərqli hərəkətlər, ən azı, razılaşmalarda nəzərdə tutulan addımlar gözlədiyimiz vaxtlar və hadisələr olub, amma biz onları görmədik.
“İrəvan Ermənistan-Rusiya münasibətlərini gərginləşdirməyə meylli deyil, əksinə, tərəfdaşlığımızı normal məcrada davam etdirməyə qərarlıyıq", - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az