AZ

“Müharibə zamanı Naxçıvan bombalanıb” iddiası: Bunun sübutu varmı? - VİDEO

“İkinci Dünya müharibəsi zamanı Naxçıvan ərazisi bombalanıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu “Belə-belə işlər” yutub layihəsində Bakı Dövlət Universitetinin “Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Rövşən Hətəmov deyib.

“Müharibə dövründə Azərbaycan ərazisi bombalanıb. Bu, faktdır. Lakin bu ərazi Bakı deyil, Naxcıvanın Culfa ərazisi idi. pizza mizza

Növbəti dəfə isə Bakı üzərində faşist Almaniyasına məxsus təyyarənin kəşfiyyat uçuşu 1942-ci il mayın 4-də başlayır. Oktyabrın 29-da müntəzəm olaraq Bakı üzərində 50-dən çox uçuş olub. Çox maraqlıdır ki, o dövrün “Xüsusi Şöbəsi”nin sənədlərinin Azərbaycan rəhbərliyində göndərdiyi arayışlarda bildirilir ki, sovet təyyarələri nədənsə alman təyyarələri ilə döyüşə girməyə həvəs göstərmir, tamamilə yalnış istiqamətdə uçur, ya da düzgün yüksəkliyə qalxmır və nəticədə "Biz təyyarəni görmədik" hesabatı verib geri qayıdırlar.

Bakı üzərində düşmənin bir təyyarəsi belə vurulmayıb. Azərbaycan üzərində 2 dəfə düşmən təyyarəsini məhv etmək mümkün olub. Biri Quba səmasında avqustun 14-də vurulub. Təyyarənin 4 nəfərlik heyətindən 2 nəfər həlak olub, digər 2 nəfər paraşütlə tullanıb və yerdə əsir alınıb.

Ələ keçirilən pilotlar etiraf edirlər ki, onların 9 təyyarədən ibarət xüsusi eskadrilyası var və onlar müntəzəm olaraq kəşfiyyat uçuşları edirlər.

Alman təyyarələrindən birinin Artyom adasından 20 km şərqdə mühərrikinin biri vurulub və alman təyyarəsi sola doğru dönüş edərək dumanlı havada yoxa çıxıb. hərbi hava qüvvələrinin komandanlığı həmin heyəti itkin düşmüş hesab edib.

Rövşən Hətəmovun bu iddialarını sosial şəbəkələrdə şübhəyə alanlar olub. İstifadəçilərin bir çoxu Naxçıvan ərazisində “Bakının kiçik maketi”nin hazırlanması və məhz buna görə Culfa rayon ərazisinin bombalanmasını əsassız iddia hesab edib.

Tarixçi “Yeni Sabah”a bu faktların isbatı olaraq Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının Hava Hücumundan Yerli Müdafiə Şöbəsinin 1941-ci ilin iyul-dekabr ayları üçün hazırladığı hesabatın nüsxəsini təqdim edib.

O qeyd edib ki, həmin sənədlər Azərbaycan Respublikasının Dövlət Arxivindən əldə edilib.

Aytəkin Əzizqızı


Telegram kanalımız
Seçilən
40
yenisabah.az

1Mənbələr