AZ

Rusiya Belarusa nüvə silahları yerləşdirir

Rusiya Silahlı Qüvvələri nüvə təlimləri çərçivəsində Belarusdakı raket briqadasının səhra saxlama məntəqələrinə sursat çatdırıb.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat yayıb.

Bildirilib ki, nüvə təlimləri çərçivəsində nüvə sursatları Belarus Respublikasındakı raket briqadasının mövqe zonasının səhra saxlama məntəqələrinə çatdırılıb. Belarus raket bölməsinin şəxsi heyəti "İsgəndər-M" əməliyyat-taktiki raket sistemi üçün xüsusi sursatların alınması, buraxılış vasitələrinin onlarla təchiz edilməsi və buraxılışlara hazırlıq məqsədilə gizli şəkildə təyin olunmuş əraziyə keçmək üçün döyüş təlimi tapşırıqlarını yerinə yetirir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
15
missiya.az

1Mənbələr