AZ

Şərqlə Qərbin Qovşağında Azərbaycan: Etibarlı Tərəfdaş və Müasir İnkişaf Modeli - MƏQALƏ

Azərbaycan tarix boyu öz coğrafi mövqeyi, strateji əhəmiyyəti və zəngin mədəni irsi ilə Şərq ilə Qərb arasında mühüm körpü rolunu oynayıb. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkəmiz əsrlər boyu müxtəlif xalqların, mədəniyyətlərin və sivilizasiyaların görüşnöqtəsinə çevrilib. Bu xüsusiyyət bu gün də Azərbaycanın dövlət siyasətində, beynəlxalq münasibətlərində və inkişafmodelində özünü aydın şəkildə göstərir. DünyaŞəhərsalma Forumu – WUF13 çərçivəsində dəvurğulandığı kimi, Azərbaycan qədim irslə müasir inkişafıbir arada yaşatmağı bacaran ölkələrdənbiridir.​​​​​Tarixi İpək Yolunun üzərindəyerləşən Azərbaycan qədim dövrlərdən etibarən ŞərqləQərb arasında ticarət və iqtisadi əlaqələrin əsasmərkəzlərindən biri olmuşdur. Müxtəlif regionlardan gələntacirlər və səyyahlar Azərbaycan ərazisindən keçərəkAvropa və Asiya arasında əlaqələrin formalaşmasına töhfəvermişlər. Bu əlaqələr ölkəmizin iqtisadi və mədəniinkişafında mühüm rol oynamış, Azərbaycanın açıq vətolerant cəmiyyət kimi formalaşmasına şəraityaratmışdır.​​​​​​Müasir dövrdə dəAzərbaycan beynəlxalq münasibətlər sistemində etibarlıtərəfdaş kimi tanınır. Ölkəmiz həm Şərq, həm də Qərbdövlətləri ilə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinəəsaslanan siyasət həyata keçirir. Azərbaycanın enerjitəhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri vəregional əməkdaşlıq istiqamətində atdığı addımlar onunbeynəlxalq nüfuzunu daha da artırmışdır. XüsusiləAvropanın enerji təhlükəsizliyində mühüm rol oynayanlayihələr Azərbaycanın etibarlı tərəfdaş imicinimöhkəmləndirmişdir.​​​​​​​​​​Son illərdə ölkəmizdə keçirilən beynəlxalqtədbirlər də Azərbaycanın artan nüfuzunun göstəricisidir. Bakı artıq mühüm qlobal tədbirlərə ev sahibliyi edənbeynəlxalq platformalardan birinə çevrilmişdir. DünyaŞəhərsalma Forumu – WUF13, COP29 kimi nüfuzlutədbirlərin Azərbaycanda keçirilməsi beynəlxalqictimaiyyətin ölkəmizə olan etimadını nümayiş etdirir. Bu tədbirlər Azərbaycanın yalnız regional deyil, qlobalmiqyasda da mühüm rol oynadığını göstərir. Eynizamanda, bu forumlar vasitəsilə Azərbaycan öz inkişafmodelini, innovativ yanaşmalarını və müasir şəhərsalmatəcrübəsini dünya ilə bölüşmək imkanı əldəedir.​​​​​​​​​​PaytaxtBakı şəhəri də Şərq ilə Qərbin vəhdətinin canlınümunəsidir. Burada qədim tarix və müasir inkişafharmonik şəkildə birləşir. Tarixi abidələrlə yanaşı, müasirmemarlıq nümunələri, inkişaf etmiş infrastruktur vəinnovativ layihələr Bakının müasir dünya şəhərinəçevrildiyini göstərir. Bu inkişaf Azərbaycanın sürətli sosial-iqtisadi tərəqqisininnəticəsidir.​​​​​​​​​​​Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəhəyata keçirilən yenidənqurma və şəhərsalma işləri isədünya üçün mühüm nümunələrdən biri hesab olunur. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslıquruculuq işləri müasir şəhərsalma prinsiplərinə uyğunşəkildə həyata keçirilir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji layihələri, müasir yolinfrastrukturu, hava limanlarının tikintisi və ekolojiyanaşmalar Azərbaycanın gələcəyə hesablanmış inkişafstrategiyasını nümayiş etdirir.​​​Azad edilmişərazilərdə qısa müddət ərzində görülən işlər beynəlxalqtəşkilatlar və xarici ekspertlər tərəfindən də yüksəkqiymətləndirilir. Müharibədən zərər görmüş ərazilərinsürətlə yenidən qurulması, müasir yaşayış məntəqələrininsalınması və insanların doğma torpaqlarına qayıdışıpostmünaqişə dövrü üçün nümunəvi model kimidəyərləndirilir. Bu layihələr yalnız Azərbaycanın deyil, bütövlükdə regionun inkişafına və sabitliyinə xidmət edir.​​​​​​​​​Azərbaycanınmultikulturalizm və tolerantlıq ənənələri də onun Şərq iləQərb arasında körpü rolunu gücləndirən əsasamillərdəndir. Müxtəlif dinlərin və xalqlarınnümayəndələrinin əsrlər boyu sülh şəraitində yaşamasıölkəmizin humanist və tolerant dəyərlərə sadiqliyinigöstərir. Bu xüsusiyyət Azərbaycanı beynəlxalq dialoq vəəməkdaşlıq üçün mühüm məkana çevirir. Bu günAzərbaycan həm regionda, həm də beynəlxalq səviyyədəsabitlik, əməkdaşlıq və inkişaf nümunəsi kimi çıxış edir.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov.

Seçilən
45
1
sia.az

2Mənbələr