Türkiyə ilə çox yaxşı münasibətlərimiz var, Prezident Ərdoğan isə əla müttəfiqdir.
Azreform.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ötən günkü telefon danaığını şərh edərkən deyib.
Başqa heç kimin sahib olmadığı ən yaxşı münasibətim var, - Tramp qeyd edib.
Görüşün olduqca standart və məhsuldar keçdiyini deyən Donald Tramp, Prezident Ərdoğanla şəxsi dialoquna diqqət çəkərək aşağıdakı ifadələri işlədib:
“Ərdoğanla əla münasibətlərim var. Belə sərt insanlarla yaxşı münasibət qurmaq gözəl deyilmi? Ərdoğan sərt adamdır. Amma onunla hər kəsdən daha yaxşı münasibətim var”.
Tramp Ərdoğanın liderlik keyfiyyətlərinə və Türkiyənin müttəfiq roluna da toxunub və beynəlxalq aləmdəki bəzi tənqidlərə belə cavab verib:
“Əslində, o, yaxşı iş gördü. Düşünürəm ki, o, çox yaxşı müttəfiqdir. Bəzi insanlar buna şübhə edə bilərlər, amma düşünürəm ki, o, əla müttəfiqdir və xalqı ona hörmət edir. Xalqı ona çox hörmət edir”.
Qeyd edək ki, mayın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Liderlər Türkiyə-ABŞ ikitərəfli münasibətlərini, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
Mürtəza