AZ

Trampın "məhv edilmiş" düşmənləri - FOTO

Ağ Evin rəsmi sosial media hesabında paylaşılan foto diqqət çəkib. 

"Unikal" xəbər verir ki, fotoda Amerika lideri Donald Tramp və onun "məhv etdiyi" şəxslər yer alıb. 

Belə ki, sözügedən fotonun başlığına "Amerikanın düşmənləri Prezident Donald Tramp tərəfindən zərərsizləşdirilib", - sözləri yazılıb. 

Fotoda həbsdə olan Venesuela Prezidenti Nikolas Maduro, İranın keçmiş ali lideri Əli Xamenei, İŞİD lideri Əbu Bilal əl-Minuqi və Raul Kastronun portretləri yer alıb. Onların hər birinə "həbs edilmiş", "ləğv edilmiş" və "ittiham olunmuş" statusu verilib. 

Həmçinin, Ağ Ev paylaşımın altında "Ədalət zəfər çalacaq" sözlərini də əlavə edib. 

Gülayə Mecid 

Seçilən
5
unikal.az

1Mənbələr