AZ

Bakı–Tbilisi qatarına biletlər nə vaxt satışa çıxarılacaq? - RƏSMİ AÇIQLAMA

“Dəmir yollarıyla səyahət edənlər bir ay öncədən bilet almaqla səfərlərini rahat şəkildə planlaşdıra bilərlər”.

Tutkustan.az
xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirdi.

Onun sözlərinə görə, bu sərnişinlər üçün əlverişlidir, həm də dəmir yolları tələbatını vaxtında müəyyənləşdirə bilər:

"Yəni artıq biz bir ay öncədən bu səfərlərin satış sistemini açmaqla hansı qatara hansı əlavə vagon qoşmaq olar onu müəyyənləşdirə bilərik. İlk reyslər altı vaqondan ibarət olacaq, bunun biri vaqon restorandır, üçü komfortdur, digərləri isə lüks və komfort plusdur".

Qeyd edək ki, ilk qatar 25 may 23.00-dan Bakıdan yola düşəcək və 26 may 8.40-da Tbilisiyə çatacaq./Bizim.Media

Seçilən
0
2
turkustan.az

3Mənbələr