AZ

“Qarabağ” hücumçusunu tapdı – Anlaşma tamamlandı 

“Qarabağ” heyətini daha bir futbolçu ilə gücləndirir.

İdmanxeber.az-ın məlumatına görə, klub dünən sosial şəbəkə hesabından bununla bağlı paylaşım etmişdi. Paylaşımda futbolçunun kimliyi açıqlanmasa da, onun adı artıq məlumdur. 

Ağdam təmsilçisinin heyətinə qatmağa hazırlaşdığı futbolçunun İsveçin “Yurqorden” klubunun hücumçusu Zakariya Savo olduğu bildirilir.

26 yaşlı forvard yaxında günlərdə Bakıya gələcək. “Qarabağ”ın futbolçunun transferi ilə bağlı “Yurqorden”lə razılığa gəldiyi qeyd olunur.

İsveçli hücumçu Savo mövsümün ikinci yarısını icarə əsasında Kiprin AEL klubunda keçirib.

Seçilən
19
idmanxeber.az

1Mənbələr