Misir Futbol Assosiasiyası DÇ-2026 milli komandasının yekun heyətini açıqlayıb.
Msport.az xəbər verir ki, baş məşqçi Hüssam Həsən heyətə 27 oyunçu daxil edib.
Misir milli komandasının heyətində komanda lideri və “Liverpul”un hücumçusu Məhəmməd Salah da yer alıb.
Qapıçılar: Məhəmməd Əl-Şennavi, Mustafa Şübeyr, Əl-Mehdi Süleyman, Məhəmməd Əlaa.
Müdafiəçilər: Məhəmməd Hani, Tarek Əlaa, Həmdi Fəthi, Rami Rabia, Yasser İbrahim, Hossam Əbdülməcid, Məhəmməd Əbdül Monem, Kərim Hafez, Əhməd Fəttuh.
Yarımmüdafiəçilər: Mərvan Attiyah, Mohannad Laçin, Nabil Emad Dunqa, Mahmud Saber, Əhməd Səid, Emam Aşur, Mahmud Trezeqe, İbrahim Adel, Mustafa Ziko, Məhəmməd Salah, Heytəm Həsən.
Hücumçular: Ömər Marmuş, Aktay Abdallah, Həmzə Əbdülkərim.
DÇ-2026 bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək.