AZ

İsrail müharibəyə başlamağa tələsir: Netanyahu və Tramp arasında gərgin danışıq

İsrail rəhbərliyi İrana qarşı hərbi əməliyyatların tez bir zamanda bərpa olunmasının tərəfdarıdır, lakin ABŞ Prezidenti Donald Trampın nümayiş etdirdiyi mövqedən ciddi məyusluq yaşayır. Yəhudi dövlətində hesab edirlər ki, Tehran məhz Vaşinqtonun bu yanaşmasından istifadə edərək diplomatik fasiləni qəsdən uzadır.

Bizim.Media xəbər verir ki, bu barədə "CNN" telekanalı İsrail hökumətindəki etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Telekanala açıqlama verən mənbə, Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında bu günlərdə baş tutan telefon danışığını şərh edərək, söhbətin olduqca gərgin keçdiyini bildirib.
 

Məlumata görə, bu danışıqların yekununda İsrail tərəfi ABŞ liderinin böhranı uzadan mövqeyindən ciddi narahat qalıb. Halbuki, "İsrail hökumətinin ali eşalonunda İrana qarşı hərbi əməliyyatları dərhal bərpa etmək yönündə çox güclü bir iradə mövcuddur".


Mənbə onu da əlavə edib ki, Baş nazir Netanyahu Trampla söhbətdən olduqca məyus ayrılıb. Çünki İsrail tərəfinin qənaətinə görə, yaranmış hazırkı hərbi və diplomatik pauza yalnız və yalnız İranın maraqlarına xidmət edir və ona vaxt qazandırır.

Bizim.Media

Seçilən
15
bizim.media

1Mənbələr