BAKI, 21 may. TELEQRAF
“Fənərbağça”nın hücumçu transferi üçün Jan-Filip Mateta ilə maraqlandığı iddia olunur.
Teleqraf xəbər verir ki, 28 yaşlı futbolçu mövsümün sonunda "Kristal Pelas"dan ayrılmaq istəyir.
Məlumata görə, İstanbul təmsilçisi fransalı hücumçunun transferi üçün vəziyyəti yaxından izləyir.
Matetanın adı qış transfer pəncərəsində də bir sıra klublarla hallanmışdı.
Hazırda bazar dəyəri 35 milyon avro olan futbolçunun “Kristal Pelas”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.