AZ

NATO rəsmən dağılır? – Stoltenberqdən Avropanı sarsıdan qiyamət ssenarisi

Qərb hərbi-siyasi blokunun daxilində Avropa və ABŞ arasında yaranan pərdəarxası çatlar artıq ən yüksək səviyyədə rəsmən etiraf olunmağa başlayıb. Alyansın gələcək taleyi ilə bağlı gələn son bəyanatlar bəşəriyyəti yeni bir qlobal təhlükəsizlik böhranı ilə üz-üzə qoyub.

Musavat.com xəbər verir ki, NATO-nun keçmiş baş katibi, hazırda isə Norveçin maliyyə naziri vəzifəsini icra edən Yens Stoltenberq İsveçin SVT telekanalının efirində sensasion açıqlamalar verib. Eks-baş katib rəsmi Vaşinqtonun dəstəyi olmadan Şimali Atlantika Alyansının sağ qala bilməyəcəyini açıq şəkildə bəyan edib.

"ABŞ-sız bir NATO mövcud ola bilərmi?" sualına cavab verən Stoltenberq Qərb dünyasını sarsıdacaq xəbərdarlıq edib: "Xeyr, bu, bizim təxminən 80 ildir tanıdığımız həmin NATO olmayacaq. Çünki alyansın bütün mahiyyəti məhz Avropa və ABŞ-ın bütün təhdidlərə qarşı birgə müqavimət göstərməsi üzərində qurulub".

Stoltenberq hazırkı məqamda Avropa ilə ABŞ arasında baş verə biləcək hər hansı parçalanmanın qarşısını almaq üçün "mümkün olan hər şeyi etməyin" həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb. O həmçinin Avropa İttifaqının hərbi potensialına skeptik yanaşaraq bildirib ki, kollektiv təhlükəsizlik və müdafiə məsələlərində heç bir halda Avropa İttifaqı NATO-nu əvəz etmək iqtidarında deyil. Vaşinqtonun alyansdan uzaqlaşacağı təqdirdə Avropanın tamamilə müdafiəsiz qala biləcəyi barədə bu etiraf qitədə böyük rezonans doğurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
1
olaylar.az

2Mənbələr