AZ

Maldiv adaları iqlim dəyişikliyinə uyğunlaşmaq üçün təcili beynəlxalq yardım istəyir

Maldiv

Maldiv adaları iqlim dəyişikliyinə uyğunlaşmaq üçün təcili beynəlxalq yardım istəyir.

Bunu WUF13 çərçivəsində keçirilən “Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və davamlı turizm” mövzusunda xüsusi sessiyada Maldiv adalarının infrastruktur, mənzil və şəhər inkişafı naziri Abdulla Muththalib deyib.

Nazir bildirib ki, Maldiv adaları 1 200 adadan ibarətdir və onların 187-si məskunlaşıb. Konstitusiyaya əsasən, bütün yaşayış adalarında əsas xidmətlərin göstərilməsi tələb olunur ki, bu da böyük maliyyə yükü yaradır.

Abdulla Muththalib qeyd edib ki, ölkənin üzləşdiyi ən ciddi problemlərdən biri sahil eroziyasıdır və adaların qorunması böyük xərc tələb edir.

Onun sözlərinə görə, beynəlxalq tərəfdaşların təcili dəstəyi olmadan iqlim dəyişikliyinə uyğunlaşmaq və adaların iqtisadi davamlılığını təmin etmək çətin olacaq.

Nazir əlavə edib ki, əhalinin daha az sayda adada cəmləşdirilməsi Maldiv adaları üçün vacib uyğunlaşma tədbiridir və beynəlxalq donorlar bu istiqamətdə maliyyə dəstəyi göstərməlidirlər.

Seçilən
33
2
xalqcebhesi.az

3Mənbələr