AZ

Nura Surinin başına bu da gəldi - FOTO

Müğənni Nura Suriyə qarşı dələduzluq cəhdi olub.

"Cebheinfo.az" xəbər verir ki, bunu ifaçı özü bildirib.

N.Surinin sözlərinə görə, ona xarici nömrədən “PASHA Bank Rewards Bildirişi” adı ilə şübhəli SMS göndərilib. Mesajda guya bonus xallarının vaxtının bitəcəyi bildirilib və linkə daxil olaraq hesabın aktivləşdirilməsi istənilib. 

Paylaşılan mesajda istifadəçidən “Y” cavabı göndərməsi və saxta internet səhifəsinə keçid etməsi tələb olunub. Nura Suri isə bunun dələduzluq cəhdi olduğunu vurğulayaraq izləyicilərini diqqətli olmağa çağırıb.

Qeyd edək ki, banklar vətəndaşlara şəxsi məlumatlarını, kart kodlarını və ya birdəfəlik şifrələri şübhəli linklər vasitəsilə paylaşmamağı tövsiyə edir.

"Cebheinfo.az"

Seçilən
4
4
cebheinfo.az

5Mənbələr