AZ

Xəstəlik vərəqələrini yeni qayda ilə hesablamaq mümkün olmur EKSPERT

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bəzi dəyişikliklərə Əmək və Əhalinin Sosial Müdafiəsi hələ də hazır deyil

May ayından etibarən xəstəlik vərəqələrinin (bolniçnı) sənədləşməsi ilə bağlı yeni qaydalar qüvvədədir. Amma sistem hazır olmadığından çoxlu suallar yaranır. Xəstəlik vərəqələrini yeni qayda ilə hesablamaq mümkün olmur. Staja görə ödəniş artıq 100 faizdir, amma sistemdə bunun hesablanması hələ də köhnə qayda ilə aparılır.

Bu barədə “Sherg.az”a danışan iqtisadçı Rauf Qarayev bildirdi ki, dövlət qurumları vətəndaşların müraciət etməsi üçün “Qaynar Xətt”lər yaratsa da, bu sistem rəsmi orqanların heç də hamısında aktif fəaliyyət göstərmir.

Bəzən vətəndaşlar dəqiqələrlə xəttdə gözləyir, uzun-uzadı gözləntilər sonunda nəticəsiz qalır. Əsasən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Qaynar xətt”i olan “142” xidməti son zamanlar bərbad vəziyyətdə işləyir. Baxmayaraq qeyd olunur ki, maksimum gözlənilmə müddəti 1-2 dəqiqədir. Amma reallıq onu göstərir ki, minimum 3-4 dəqiqə gözləməli olursan. Buna baxmayaraq e-sosial.az sosial.gov.az saytlarında onlayn çat mövcud olsa da orada operator yox, bot hazır cavablar verir. Operatorla orada əlaqə saxlamaq mümkün deyil. Bildiyimiz kimi may ayının birindən etibarən yeni qaydalar qüvvədədir. Xəstəlik vərəqələri ilə bağlı sənədləşmələrlə bağlı. Amma sistem hazır olmadığından çoxlu suallar yaranır. Xəstəlik vərəqələrini hesablamaq mümkün olmur. Staja görə ödəniş artıq 100 faizdir, amma sistemdə bunun hesablanması köhnə qayda ilədir. Mən onlara təklif etdim və qeyd etdim ki, vergi sistemində Çağrı Mərkəzinə zəng etdikdən sonra əgər 1 dəqiqə cavab verilmirsə gün ərzində operator sizlə əlaqə saxlayır. Vergi işi baxımdan bu yaxşı addımdır, amma “142” Qaynar Xəttinə nəzarət edən qurumda belə bir praktika yoxdur. Bütün yuxarıda sadaladığıma əsasən bunu qeyd etmək olar ki, rəsmi qurumda ciddi problemlər var. Digər məsələ e-sosial tətbiqinin ləğvi və mygov.az keçidlə bağlıdır. Artıq 2 aydır ki, ƏM iki maddəsi ilə bağlı suala sistemdən cavab yoxdur. Hətta bununla Əmək Müfəttişliyinin rəhbərinə də bildirilib o isə, gözləyin cavab veriləcək qeyd edir. Görünür bəzi dəyişikliklərə Əmək və Əhalinin Sosial Müdafiəsi hələ də hazır deyil.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
sherg.az

1Mənbələr