Bernardo Silva karyerasını İspaniyada davam etdirmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, “Mançester Siti”nin yarımmüdafiəçisi “Yuventus”un təklifini geri çevirib. Portuqaliyalı futbolçuya “Barselona”, “Real” və “Atletiko”nun maraq göstərdiyi bildirilir.
31 yaşlı oyunçunun “Mançester Siti” ilə müqaviləsi iyunun sonunda başa çatır.