AZ

Boyuna görə tənqid olunan qapıçı mətbuatı niyə qınadı?

“İnter”in qapıçısı Yan Sommer seçdiyi mövqe üçün boyunun qısa olmasından narahat olmadığını deyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 1.83 sm boya malik olan isveçrəli qolkiper mediada bu mövzu ilə bağlı müzakirələrin əsassız olduğunu söyləyib:

“Boyuma görə heç vaxt qol buraxdığımı xatırlamıram.

Bu hekayə Almaniyada “Borussiya”nın (Dortmund) “Atletik”ə qarşı oyununda künc zərbələrindən üç qol buraxdıqdan sonra başladı. Bəzi qəzetlər bu barədə yazdı və hər şey başladı”.

“İnter” bu mövsüm tarixində 21-ci dəfə İtaliya çempionluğunu qazanıb.

Seçilən
14
sportinfo.az

1Mənbələr