ain.az, Bakivaxti portalına istinadən məlumat verir.
Bu gün dünyada sürətlə artan urbanizasiya, iqlim böhranı, sosial bərabərsizliklər və kütləvi köç kimi proseslər yeni və mürəkkəb problemlər yaradır. Bu problemlərin mənfi təsirlərinə ən çox məruz qalan qruplardan biri isə uşaqlardır.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) “Uşaqlar və gənclər” mövzusuna həsr edilmiş dəyirmi masasında çıxışı zamanı vurğulayıb.
Onun sözlərinə görə, qeyri-rəsmi yaşayış massivlərində və münaqişələrin təsirinə məruz qalmış bölgələrdə böyüyən uşaqlar çox vaxt mənzil şəraitinə, təhsilə, tibbi xidmətlərə və təhlükəsiz sosial məkanlara çıxışda ciddi maneələrlə qarşılaşırlar.
“Bu səbəbdən hesab edirik ki, şəhərsalma və mənzil siyasəti insan hüquqlarına, xüsusilə də uşaq hüquqlarına əsaslanan modelə uyğun formalaşdırılmalıdır. Uşaqlar şəhərlərin gələcək simasını müəyyən edən əsas iştirakçılardır və onların gündəlik həyat təcrübəsinin şəhər planlamasına davamlı şəkildə daxil edilməsi vacibdir”, – deyə o bildirib.
Əli Hüseynov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.