Xalq artisti Könül Xasıyeva canlı efirdə etdiyi duyğusal açıqlama ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, xanəndə həmkarlarına müraciət edərək məşhur mahnılarından biri ilə bağlı xahişini dilə gətirib.
Sənətçi bildirib ki, "Sən gedəndən iki gözüm ağlar qalıb" sözləri ilə başlayan mahnının həm söz, həm də musiqi müəllifi özüdür. Könül Xasıyeva həmin əsərin onun həyatı ilə bağlı ağır bir ağrı üzərində yarandığını deyib:
"Mən dəfələrlə demişəm ki, o mahnı dünyadan vaxtsız, 39 yaşında gedən bacımın məzarı üstündə yaranıb. Həmin mahnını ilk dəfə elə oradaca ifa etmişəm".
Xalq artisti qeyd edib ki, çox sayda müəllifi olduğu mahnılar var və ifaçılar onları sərbəst şəkildə oxuya bilərlər. Lakin sözügedən əsərin onun üçün xüsusi mənəvi yük daşıdığını vurğulayıb: