AZ

Bəşir Hacıyev: Kəlbəcərin inkişafında özəl sektorun iştirakı və investisiyaların cəlbi prioritet istiqamətlərdəndir

Bakı, 21 may, AZƏRTAC

Kəlbəcərin inkişafında özəl investisiyaların rolu əhəmiyyətlidir. Buna görə özəl sektorun formalaşdırılması və sahibkarlığın təşviqi istiqamətində dövlətimizin dəstəyi ilə mühüm addımlar atırıq.

Bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində AZƏRTAC-a məxsusi müsahibəsində Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib.

O bildirib ki, artıq ərazidə əhalinin gündəlik və ilkin zəruri ehtiyaclarını qarşılayan müxtəlif ticarət və xidmət obyektləri fəaliyyət göstərir. Bu, həm insanların ehtiyaclarının qarşılanmasına, həm də məşğulluq imkanlarının yaranmasına xidmət edir. Bununla yanaşı, özəl investorların Kəlbəcərə cəlb olunması istiqamətində də ardıcıl işlər görülür. Hazırda bir yaşayış məhəlləsi və bir neçə mehmanxana və istirahət kompleksi üzrə işlər icra edilir, eyni zamanda, bir çox özəl işlər layihələndirmə mərhələsindədir. Sahibkarlığın canlanması və iqtisadi dövriyyənin formalaşması insanların gündəlik yaşayışının yaxşılaşmasına, sosial rifahının güclənməsinə xidmət edəcək.

“Biz də çalışırıq ki, dövlət investisiyası ilə yanaşı, özəl sektorun da bu inkişaf prosesində aktiv iştirakı təmin olunsun”, - deyə Bəşir Hacıyev qeyd edib.

Fotoqraf - İlkin Cavanşirov
Operator - Ələkbər Baxşıyev
Seçilən
14
1
azertag.az

2Mənbələr