AZ

Əfqanıstan rəsmisi: Azərbaycan şirkətləri ilə bərk məişət tullantıları sahəsində müzakirələr aparmışıq

Azərbaycanda bəzi şirkətlərlə bərk məişət tullantıları ilə bağlı müzakirələr aparmışıq, lakin hələ heç bir müqavilə və ya razılaşma yoxdur.

Bunu APA-ya açıqlamasında Əfqanıstanın Milli Ətraf Mühitin Mühafizəsi Agentliyinin Dayanıqlı İnkişaf üzrə direktoru Javidullah Hamed deyib.

O, daşqınlar səbəbindən Əfqanıstanda daha çox evə ehtiyaclarının olduğunu qeyd edib: “Qonşu ölkələrdən təxminən beş milyon şəxs qayıdıb və kənd yerlərindən olan insanların çoxu şəhərlərə köçüb. Onların məktəblərə və infrastruktura ehtiyacı var. Bu, şəhərlərə təzyiq yaradıb və əsas xidmətlər ciddi yük altındadır. Buna görə də Əfqanıstan hazırda geri qayıdanlar və məcburi köçkünlər üçün infrastrukturun yaradılması, inkişaf etdirilməsi və evlərin tikintisi üzərində işləyir. Bu cür proqram tikinti şirkətləri və hökumət üçün planlaşdırma prosesində dayanıqlı inkişafın bütün aspektlərini nəzərə almaq imkanı yaradacaq”.

O qeyd edib ki, WUF13 kimi forumlar və konfranslar Əfqanıstan üçün ölkənin səsini çatdırmaq, beynəlxalq ictimaiyyətlə əlaqə qurmaq, təcrübə və bilik mübadiləsindən yararlanmaq baxımından yaxşı imkandır: “Mən həmçinin beynəlxalq ictimaiyyət qarşısında narahatlıqları və problemləri qaldırmaq istəyirəm. Onlar yardım göstərməli və Əfqanıstan xalqına kömək etməlidirlər, çünki Əfqanıstanın insanları təhlükəsiz mənzillə təmin etmək üçün bu sahədə köməyə və dəstəyə ehtiyacı var”.

Seçilən
56
apa.az

1Mənbələr