Tbilisiyə lüks vaqonda getmək 180 AZN-dir - Bütün qiymətlər açıqlandı
Bakı–Tbilisi–Bakı marşrutunda bütün siniflər üzrə gedişhaqqı açıqlanıb. “Azərbaycan Dəmir Yolları”ndan (ADY) “BUTA.TV”ya verilən məlumata görə, sərnişinlərə komfort, komfort+ və lüks olmaqla üç sinif üzrə xidmət göstəriləcək. Bildirilib ki, bu marşrut üzrə ADY-nin yataq tipli vaqonlardan ibarət müasir qatarları hərəkət edəcək. Qiymətlərlə aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz: