AZ

Serenay Sarıkaya, Mabel Matiz və digər məşhurlar saxlanılıb

Serenay Sarıkaya, Mabel Matiz və digər məşhurlar saxlanılıbTürkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat dalğası həyata keçirilib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Bakırköy Respublika Prokurorluğunun apardığı araşdırma əsasında İstanbul və Muğlada ümumilikdə 25 ünvanda axtarış və saxlanılma tədbirləri keçirilib.

Əməliyyat zamanı aralarında Serenay Sarıkaya, Mabel Matiz, Tan Taşçı, Berkay Şahin, Blok3, Feyza Civelek, Onur Tuna və digər tanınmış şəxslər olmaqla 25 nəfər gözaltına alınıb.

İstintaq çərçivəsində daxil olan məlumatlar, rəqəmsal materiallar və digər sübutlar araşdırıldıqdan sonra şübhəlilərin narkotik və psixotrop maddələrdən istifadə etdiyi ehtimalı müəyyən olunub.

Əməliyyat İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonları ilə yanaşı, Muğla vilayətində də keçirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
10
1
sonxeber.az

10Mənbələr