Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Avstraliya ehtiyac duyulan zamanlarda, o cümlədən 2025-ci ildə vətəndaşlarımızın İrandan təxliyə olunmasına göstərdiyi köməyə görə Azərbaycana dərin minnətdarlığını bildirir.
Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcəkdir.
Hörmətlə,
Samanta Mostin
Avstraliya İttifaqının General-Qubernatoru