5-ci “Brand Award International” qlobal müsabiqəsinin mükafatlandırma mərasiminin keçirilmə tarixi dəyişdirilərək 1 oktyabr tarixinə təyin olunub. Qərar Azərbaycanda akkreditə olunmuş bir sıra səfirlərin, diplomatik nümayəndəlik rəhbərlərinin, eləcə də xarici ölkələrin ticarət-sənaye palataları və biznes assosiasiyalarının müraciətləri nəzərə alınaraq qəbul edilib. Bu barədə 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsinin Təşkilat Komitəsinin sədri Günel Quliyeva məlumat verib.
Günel Quliyevanın sözlərinə görə, tarix dəyişikliyi beynəlxalq iştirakçıların müsabiqəyə daha fəal qoşulmasına və müxtəlif ölkələrin brendlərinin daha geniş şəkildə təmsil olunmasına şərait yaradacaq.
Müsabiqə üzrə səsvermə mərhələsi sentyabr ayının 2-dən 23-dək davam edəcək, qaliblərin mükafatlandırılması isə 1 oktyabr tarixində baş tutacaq.
Xatırladaq ki, “Brand Award International” müsabiqəsi Azərbaycanla yanaşı, Xəzər, Qara dəniz və Baltik regionlarını təmsil edən ticarət markalarını vahid beynəlxalq platformada bir araya gətirərək onların həm yerli, həm də qlobal səviyyədə tanıdılmasına, brend nüfuzunun gücləndirilməsinə və yeni biznes imkanlarının formalaşdırılmasına xidmət edir.
Müsabiqə çərçivəsində “Caspian Energy Club”ın təmsil olunduğu ölkələrdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən, bazarda möhkəm mövqe qazanmış, eləcə də media və sosial şəbəkələrdə tanınan 50 ticarət markası müəyyən edilərək mükafatlandırılır.
“Fəxrlə qeyd etmək istərdik ki, müsabiqəyə qoşulan bəzi şirkətlər məhz iştirak prosesində öz brendlərinin qeydiyyatını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində rəsmi olaraq
həyata keçirir, fəaliyyətlərini daha peşəkar formalaşdırır, sosail media platformalarında ticarət markalarının rəsmi səhifələrini yaradır və beləliklə bazara daha güclü və etibarlı mövqe qazanmış şəkildə daxil olurlar”, – Günel Quliyeva qeyd edib.
“Brand Award International” regionun nüfuzlu biznes platformalarından birinə çevrilib. Bizim əsas məqsədimiz müxtəlif ölkələrin uğur hekayəsini yazmış brendlərini bir platformada birləşdirərək, müxtəlif ölkələrin özəl sektorları arasında yeni əməkdaşlıq
əlaqələri qurmaq və sahibkarlar arasında davamlı tərəfdaşlıq mühitini möhkəmləndirməkdir. Tarixin dəyişdirilməsi də məhz iştirakçı ölkələrin və tərəfdaş qurumların daha geniş iştirakına şərait yaratmaq məqsədi daşıyır. Bütün şirkət və ticarət markalarını 5-ci “Brand Award
International” qlobal müsabiqəsində fəal iştirak etməyə, uğurlarını beynəlxalq biznes ictimaiyyəti ilə bölüşməyə dəvət edirik”, – Günel Quliyeva əlavə edib.
“Caspian Energy Holding” haqqında qısa məlumat
İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid “Milli.Biz” ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilmişdir. “Milli.Biz” ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid “Milli.Biz” ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. “Milli.Biz” ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” bizneshökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.


