ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Böyük Britaniyanın “Radio Caroline” yayım şirkəti texniki nasazlıq səbəbindən canlı efirdə Kral Çarlzın vəfat etdiyini səhvən elan edib. Hadisə qısa müddətli çaxnaşmaya səbəb olub.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, səhv qısa müddət sonra aşkarlanıb və yayım dayandırılıb. Radio rəhbərliyi həm Kral Çarlzdan, həm də dinləyicilərdən rəsmi şəkildə üzr istəyib.
Məlumata əsasən, insident sistemdə baş verən texniki xəta nəticəsində qeydə alınıb.
Lətifə Abdıyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.