AZ

Məsim Məmmədov: Vaxtilə işğal altında olan ərazilərdəki tarixi və mədəni irs vandalizmə məruz qalıb

Azərbaycanın vaxtilə işğal altında olan ərazilərindəki tarixi və mədəni irs vandalizmə məruz qalıb.

"Far.Az" xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Laçın&Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol" adlı sessiyada deyib.

O bildirib ki, Azərbaycanın təqribən 30 il işğal altında olmuş ərazilərindəki bütün infrastruktur dağıdılıb, şəhər və kəndlər məhv edilib:

"Tarixi və mədəni irs vandalizmə məruz qalıb, minlərlə insan isə doğma evlərini tərk etməyə məcbur olub.

Azərbaycanın taleyi qətiyyətli addımlar atmağa hazır olan bir liderin iradəsi ilə dəyişdi. Bu gün isə həyat Qarabağa geri qayıdır".

Xüsusi nümayəndə qeyd edib ki, Qarabağ mürəkkəb və çətin ekoloji şəraitə malik strateji regionlardan biridir:

*Ona görə də burada bərpa prosesi yalnız yenidənqurma ilə məhdudlaşmır, eyni zamanda planlaşdırma, idarəetmə və ictimai iştirakçılıq sahəsində müasir yanaşmalar tələb edir. Xüsusilə dayanıqlı inkişafın təmin olunması və sakinlər üçün uzunmüddətli yaşayış şəraitinin yaradılması əsas prioritetlərdəndir".

Seçilən
21
far.az

1Mənbələr