Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Almaniya milli komandasının dünya çempionatının final mərhələsi üçün yekun heyəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, baş məşqçi Yulian Naqelsmann siyahıya 26 futbolçunun adını daxil edib.
Qapıçılar: Manuel Noyer ("Bavariya"), Oliver Baumann ("Hoffenhaym"), Aleksander Nübel ("Ştutqart"),
Müdafiəçilər: Antonio Rüdiger ("Real Madrid"), Yonatan Tah ("Bavariya"), David Raum ("Leyptsiq"), Niko Şlotterbek ("Borussiya Dortmund"), Valdemar Anton ("Borussiya Dortmund"), Malik Tiav ("Nyukasl"), Nataniel Braun ("Ayntraxt")
Yarımmüdafiəçilər: Yozua Kimmix ("Bavariya"), Leroy Sane ("Qalatasaray"), Leon Qoretzka ("Bavariya"), Kay Haverts ("Arsenal"), Camal Musiala ("Bavariya"), Florian Virts ("Liverpul"), Paskal Qros ("Brayton"), Nadiem Amiri ("Maynts"), Aleksandar Pavloviç ("Bavariya"), Ancelo Ştiller ("Ştutqart"), Feliks Nmeça ("Borussiya Dortmund"), Ceymi Levelinq ("Ştutqart"), Lennart Karl ("Bavariya"),
Hücumçular: Nik Voltemade ("Nyukasl"), Deniz Undav ("Ştutqart"), Maksimilian Bayer ("Borussiya Dortmund")
Xatırladaq ki, Almaniya DÇ-2026-da E qrupunda Kot-d'İvuar, Ekvador və Kürasao millilərinə qarşı mübarizə aparacaq.
Qeyd edək ki, 11 iyun - 19 iyul tarixlərində baş tutacaq nəhəng futbol bayramına ABŞ, Kanada və Meksika ortaq sahiblik edəcək. Ümumilikdə isə mundiala 48 komanda qatılacaq.
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.