AZ

Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə...

Yaxın Şərqdəki müharibənin və Hörmüz boğazının bağlanmasının nəticələri uzun müddət qlobal neft bazarına təsir göstərəcək.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg Intelligence”ın enerji bazarı iştirakçıları arasında keçirdiyi sorğuda bildirilib.

Sorğuda iştirak edən 126 investor və enerji eksperti yaxın bir ildə “Brent” markalı neftin qiymətinin orta hesabla 81-100 dollar arasında dəyişəcəyini proqnozlaşdırıb.

Respondentlərin təxminən üçdə ikisi hesab edir ki, müharibənin yaratdığı geosiyasi risklər səbəbindən neftin qiymətinə uzun müddət bir barael üçün 5-15 dollar səviyyəsində qalacaq. Yalnız az sayda ekspert bu artımın 20 dollardan çox olacağını düşünür.

Analitiklərin fikrincə, bazarda tarazlıq əsasən tələbin azalması hesabına bərpa ediləcək. Bununla yanaşı, neft axınlarının yeni marşrutlara yönləndirilməsi, logistikanın dəyişməsi, OPEC+ ölkələrinin ehtiyat güclərindən istifadə və strateji ehtiyatların bazara çıxarılması da təsir göstərəcək.

Seçilən
26
1
publika.az

2Mənbələr