AZ

Ağdam Sənaye Parkına indiyədək yatırılan investisiyanın həcmi açıqlanıb

Ağdam Sənaye Parkı ölkənin ən iri sənaye zonalarından biri olmaqla yanaşı, Ağdam və ümumilikdə regionun iqtisadi inkişafında mühüm rol oynayır.

Parkın yaradılmasından indiyədək sahibkarlar tərəfindən əraziyə 172 milyon manat investisiya yatırılıb.

Hazırda sənaye parkında 31 müəssisə rezident, 5 müəssisə isə qeyri-rezident statusu ilə fəaliyyət göstərir. Ümumilikdə layihələrin investisiya dəyəri 321,93 milyon manatdan çoxdur. Layihələr çərçivəsində yaradılması nəzərdə tutulan iş yerlərinin sayı 2596 nəfərdir. Bu günə qədər isə 162,12 milyon manatdan çox investisiya yatırılıb və 1000-dən artıq daimi iş yeri yaradılıb.

Parkda istehsal olunan məhsullar həm daxili bazarda satılır, həm də ixrac olunur.

Sənaye parkında fəaliyyət göstərən müəssisələrdən biri də dəmir yolu avadanlıqlarının istehsalı və yığılması ilə məşğul olan istehsalat sahəsidir.

“Rail Trans Servis” şirkətinin konstruktoru Nicat Əhmədov bildirib ki, hazırda müəssisə dəmir yolu avadanlıqlarının, xüsusilə avtomatika və telemexanika sistemlərinin istehsalı və yığılması ilə məşğuldur. Bu məhsullar ölkədə dəmir yolu infrastrukturunun daha müasir standartlara uyğun qurulmasına, texniki baxımdan təchizatın gücləndirilməsinə və sistemlərin təkmilləşdirilməsinə imkan yaradır.

Nicat Əhmədov vurğulayıb ki, müəssisə həm ölkə, həm də region üçün nadir istehsal sahələrindən biridir və Azərbaycanda dəmir yolu avadanlıqlarının istehsalı sahəsində ilk layihələrdən sayılır.

MənbəAPA
Seçilən
11
6
banker.az

7Mənbələr