AZ

Yeniyetmə cüdoçuların Liqa yarışının II turunun qalibləri bəli olub

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Mayın 20-də cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turu start götürüb. Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin ilk günündə 6 çəki dərəcəsində 245 cüdoçu mübarizəyə qoşulub. 

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, qızlar 40 kq, 52 kq, 70 kq, oğlanlar isə 50 kq, 66 kq, 90 kq çəki dərəcələrində qalib və mükafatçıları müəyyənləşdirib. 

Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayacaq.

Medalçıları təqdim edirik:

Qızlar – 40 kiloqram çəkidə: 1. Sofiya Bıkova (Maştağa İK), 2. Ləman Bağırova (Naxçıvan UGİM), 3. Fəridə Rəhimli (Naftalan UGİM), 3. Rəvanə Əliquliyeva (Qəbələ, Bakı). 

52 kiloqram çəkidə –1. Məleykə Mürsəliyeva (Neftçi Sumqayıt), 2. Nazlı Səfərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM), 3. Yağmur Abdullayeva (Arifoğlu İK), 3. Gülnarə Qasımova (Şahin 313 İK). 

70 kiloqram çəkidə –1. Türkan Məmmədli (Qədiroğlu İK), 2. Zümrüd Əliyeva (RKİM), 3. Lalə Səbziyeva (Sumqayıt şəhəri İOEUGİM), 3. Məleykə Əsədova (Şahin 313 İK)

Oğlanlar – 50 kiloqram çəkidə: 1. Ülvi Cəlilzadə (Neftçi İK), 2. Hüseyn Əliyev (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ), 3. Eldar Xəlilov (Goranboy OİK), 3. Məhərrəm Bayramlı (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM).

66 kiloqram çəkidə– 1. Əli Cəfərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ), 2. Həsən İbadov (Neftçi İK), 3. Dünyamalı Asdanlı (Judo Club 2020 İK), 3. Mikayıl Qocayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ).

90 kiloqram çəkidə– 1. Saleh Rzayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ), 2. Musa Kəramətzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ), 3. Munir Əlizadə (Atilla İK), 3. Qədir Umudəliyev (Qədiroğlu İK).

Qabil YUSİFOĞLU
XQ

Seçilən
2
10
xalqqazeti.az

10Mənbələr