AZ

Göyçayda ağır qəza, xəsarət alan var - Video

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 15:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 219-cu kilometirliyində qeydə alınıb.

Hadisə zamanı “Mercedes” və “Toyota Prius” markalı avtomobillər toqquşub.

Nəticədə, 2002-ci il təvəllüdlü Əhmədov Əhməd Habil oğlu ağır bədən xəsarətləri alıb. Yaralı təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.\\“Qafqazinfo” 

Seçilən
42
2
musavat.com

3Mənbələr