AZ

AFFA-dan “Sabah”la “Neftçi”nin futbolçularına 3 oyunluq cəza – ARENA.AZ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasında 26-cı turun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Əvəzedicilər Liqası, 26-cı tur

“Sabah-2” – “Neftçi-2” oyununda “Sabah”ın 6 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 70-ci dəqiqəsində “Sabah”ın futbolçusu Əli Əlizadə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Sabah” buna görə 800 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” 250 manat cərimə edilib. “Neftçi”nin 6 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 70-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Həsən Mahmudov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Neftçi” buna görə 800 manat cərimə ödəyəcək. Oyunun 90+3-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Aslan Şirinov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Neftçi” buna görə 50 manat cərimə edilib.

“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” oyununda “Araz-Naxçıvan”ın 6 futbolçusu sarı vərəqə aldığı üçün Naxçıvan komandası 70 manat cərimə edilib. “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
3
8
arena.az

10Mənbələr