AZ

Premyer Liqa: “Qəbələ” 3 xalı 3 qolla qazandı

BAKI, 21 may. TELEQRAF

Azərbaycan Premyer Liqasında sonuncu - XXXIII tura start verilib.

Teleqraf xəbər verir ki, turun açılış matçında “Qəbələ” “Şamaxı”nı qəbul edib.

Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Kamranbəy Rəhimovun idarə etdiyi görüşdə “Qəbələ”nin qollarını Seydina Keyta (4), Domi Massumo (33) və Nicat Əliyev (36) vurublar. “Şamaxı”nın yeganə qoluna isə Karim Rossi (15) imza atıb.

Bu nəticədən sonra “Qəbələ” 27 xalla 11-ci, “Şamaxı” isə 38 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, XXXII tura mayın 24-də yekun vurulacaq.

Seçilən
26
12
teleqraf.com

10Mənbələr