AZ

Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub

Pakistan nümayəndələri ABŞ və İsrailin İranla münaqişəsinin sülh yolu ilə başa çatdırılması səyləri çərçivəsində mayın 21-i Tehrana səfər edəcəklər.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio bildirib.

"Pakistanlılar bu gün İrana yola düşəcəklər. İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub... Bəzi yaxşı əlamətlər var", - o qeyd edib.

Lakin dövlət katibi vaxtından əvvəl nikbinliyə qapılmamaq barədə xəbərdarlıq edib: "Yaxın bir neçə gün ərzində vəziyyət aydınlaşacaq".

Seçilən
26
2
far.az

3Mənbələr