AZ

Zelenski Lukaşenkonu zərbə ilə hədələyib

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Ukrayna Belarusa qarşı qabaqlayıcı zərbə endirmək gücünə malikdir”

“Ukraynanın Belarusa qarşı qabaqlayıcı zərbə endirmək gücü var və respublika rəhbərliyi bunu başa düşməlidir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Belarus lideri Aleksandr Lukaşenkonun danışmaq təklifinə “Telegram”da cavabında deyib.

"Təhdidlərin yarana biləcəyi Rusiya əraziləri və Belarusun de-fakto rəhbərliyi ilə bağlı qabaqlayıcı tədbirlər görmək imkanımız var", - Ukrayna lideri qeyd edib.

O bildirib ki, Belarus Ukraynaya planlaşdırılan hücumun mümkün nəticələrini başa düşməlidir.

Qeyd edək ki, 21 mayda Lukaşenko Zelenskiyə iki ölkə arasındakı münasibətləri müzakirə etmək üçün Ukraynada və ya Belarusda görüşməyi təklif edib. Belarus lideri bildirib ki, Minsk heç kimə hücum etməyə çalışmır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
ayna.az

1Mənbələr