BAKI,TurkicWorld
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 21-də Türkmənistana işgüzar səfərə gedib.
Bu barədə TurkicWorld-ə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Baş nazir Əli Əsədov Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək.
Aşqabad Beynəlxalq Aeroportunda Baş nazir Əli Əsədovu Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Mammetqulı Astanaqulov və digər rəsmi şəxslər qarşılayıblar.