AZ

Heç bir halda arxayınlaşmaq olmaz Kaxaber Sxadadze

ain.az, Qol.az portalına istinadən məlumat verir.

"Heç bir halda arxayınlaşmaq olmaz" - Kaxaber Sxadadze

"Qəbələ" Misli Premyer Liqasının 33-cü turunda səfərdə "Şamaxı"nı 3:1 hesabı ilə məğlub edib.

QOL.az sportal.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra oyun barədə fikirlərini bölüşüb:

"Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Son oyun idi. Düzdür, matçın nəticəsinə görə turnir cədvəlində hansısa dəyişiklik olmayacaqdı. Azarkeşləri sevindirmək istəyirdik. Bizi sona qədər dəstəklədiklərinə görə onlara təşəkkür edirəm. Gözəl qollar vurduq, qələbə qazandıq. Son oyunlar pley-off matçı öncəsi bizə özünəinam baxımından kömək olmalıdır. Heç bir halda arxayınlaşmaq olmaz. "Şamaxı"nın bir neçə aparıcı oyunçusu bu gün meydanda yox idi. Buna baxmayaraq bizim futbolçuların oyuna köklənməsi yaxşı idi. Bu, bizi sevindirir. Qarşıdakı pley-off matçına ciddi hazırlaşmalıyıq. Rəqibimiz sabah məlum olacaq. Bir həftə ərzində həmin görüşə hazırlaşacağıq".

- Bu matçda pley-offu düşünüb hansısa taktiki gedişlər və ya rotasiyalar etdiniz?

- Rəqibin kim olduğunu bilmədiyimiz üçün hansısa taktiki dəyişiklik etməmişdik. Sabah rəqibi biləcəyik. Oyuna hazırlaşmaq üçün vaxtımız olacaq. Potensial rəqiblərin hamısının oyunlarını izləyirik.

- Rəqibin hansı komanda olmasını istəyirsiniz?

- Oyuna hazırlaşacağıq. "Səbail" üç mərkəz müdafiəçisi ilə oynayır. "Mingəçevir"in taktiki sxemi bəzi matçlarda dəyişir.

- Sabah Mingəçevirdəki oyunda olacaqsınız?

- Yəqin ki, olacağam.

- "Qəbələ" ötən mövsüm 1-ci liqada rahat çempion oldu. Premyer Liqa ilə 1-ci liqa arasında səviyyə fərqi böyükdür. Pley-of oyununda futbolçularda arxayınlıq olar bilər?

- Heç bir halda ola bilməz. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Futbolçularıma bunu demişəm. Onlar da çox yaxşı başa düşürlər. Bizim öz məqsədimiz var. Arxayınlaşa bilmərik. Tam fərqli matç olacaq. Final oyunudur. Belə qarşılaşmada hər addım çox vacibdir. Bunu başa düşürük. Son oyunlar turnir cədvəli baxımından bizə heç nə vermirdi. Amma biz bu görüşlərə pley-offa hazırlıq kimi baxırdıq. Futbolçuların gözünə baxanda görürəm ki, onlar qarşıdakı oyuna nə dərəcədə ciddi yanaşırlar.

- Pley-off matçının hansı stadionda keçirilməsini istəyərdiniz?

- Bu, çox vacib oyundur. Ümid edirəm ki, qarşılaşma Premyer Liqa səviyyəsində stadionda, təbii ot örtüklü meydançada olacaq. Bakıda, Sumqayıtda, Tovuzda yaxşı stadionlar var. Bildiyim qədərilə Tovuz şəhər stadionu təmirə bağlanıb. İnanıram ki, oyun yaxşı stadionda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
5
qol.az

8Mənbələr