AZ

Ülviyyə Musayeva Avropa çempionatında finala yüksəldi

Azərbaycanın qadın güləşi üzrə U-15 millisinin üzvü Ülviyyə Musayeva Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

90deqiqe.Az-ın məlumatına görə, 33 kq çəki dərəcəsində çıxış edən idmançı polşalı İnes Şimçak və ukraynalı Viktoriya Pervaçuk üzərində “tuş”la qələbə qazanaraq həlledici mərhələyə vəsiqə əldə edib.

Musayeva sabah finalda türkiyəli Yağmur Minazla qarşılaşacaq.

Digər təmsilçilərdən Nərgiz Cəfərzadə (39 kq) təsnifat mərhələsində ukraynalı Sofiya Protsivaya 8:9 hesabı ilə məğlub olub. Mədinə Kərimova (46 kq) moldovalı Rusalina Portaruya 3:9 hesabı ilə uduzub və rəqibinin finala yüksəlməsi səbəbindən təsəlliverici görüşə qatılacaq.

Ləman Əliyeva (54 kq) 1/8 finalda ukraynalı Tereza Tkaçişinə 0:10, Aylin Həsənli (62 kq) isə yunanıstanlı Elli Brousaya 1:6 hesabı ilə məğlub olub.

Yunan-Roma güləşində isə İbrahim Məmmədzadə (68 kq), Süleyman Verdiyev (75 kq) və Fikrət Baxşəliyev (85 kq) mübarizəni dayandırıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşdə Hüseyn Əmrahlı (38 kq) və Paşa Aslan (44 kq) Avropa çempionu olublar.

Seçilən
1
1
90deqiqe.az

6Mənbələr